Unitanin (damcı)

Paylaş:

Ətraflı

Tərkibi: Hər 5 damcının tərkibi
Melatonin (melatoninum)………………..1mq
Farmakoloji xüsusiyyətləri:
Epifiz hormonunun sintetik analoqudur; adaptogen, sedativ, yuxugətirici, antistress, antidepressant, immunostimulyator təsir göstərir. Yuxunun sirkad ritmini normallaşdırır. Orta beyində və hipotalamusda qamma-aminoyağ turşunun (GABA) və serotoninin konsentrasiyasını artırır, GABA, dopamin və serotoninin sintezində iştirak edən piridoksalkinazanın fəaliyyətini aktivləşdirir.
Yuxu-oyanma dövrünü, dayaq-hərəkət fəaliyyəti və bədən hərarətin gündəlik dəyişiklikləri tənzimləyir, beynin intellektual və mnestik funksiyalarına, emosional və şəxsi sferaya müsbət təsir göstərir. Bioloji ritmin təşkilinə və gecə yuxusunun normallaşmasına kömək edir. Yuxunun keyfiyyətini yaxşılaşdırır, yuxuya getməyi sürətləndirir, neyroendokrin funksiyaları tənzimləyir. Meteohəssas insanların orqanizmini hava şəraitinin dəyişməsinə uyğunlaşdırır.
Melatonin karbohidrat mübadiləsinin tənzimlənməsində iştirak edir, xüsusi melatonin reseptorları (MP1 və MP2) vasitəsilə mədəaltı vəzinin Langerhans adacıklarının α- və β-hüceyrələrinin fəaliyyətini modulyasiya edir. Melatoninin faydası həm də immun sistemini stimulə etməkdir.
Yenidoğulmuşlarda 3 aya qədər melatonin sintez olunmur. Ana südü ilə qəbul edirlər melatonini. Ancaq suni qidalanmada olan körpələrə əlavə olaraq qəbulu tövsiyə olunur. Yenidoğulmuşlarda melatonin praktiki olaraq yoxdur, 3 aydan sonra kifayət qədər miqdarda istehsal olunmağa başlayır və yaşla artır, yuxu dövrləri 8-9 aylıq yaşda tam formalaşır.
• Melatonin hormonu narahatlığı azaldır, emosional vəziyyəti yaxşılaşdırır. Stress altında adrenalinin səviyyəsini azaldır, stress əleyhinə təsir göstərir. Serotonin səviyyəsini artırır antidepressiv təsir edir.
• Beynin koqnitiv fəaliyyətini optimallaşdırır və onun pozulmasının qarşısını alır, qavrayış proseslərini yaxşılaşdırır;
• Yağ və karbohidrat mübadiləsinə stimullaşdırıcı təsir göstərir; miokardın enerji xərclərini azaldır, trombositlərin aqreqasiyasına maneə törədir, arterial təzyiqini normallaşdırır; mədənin hərəkətliliyini, ritmini və sekretor fəaliyyətini normallaşdırır;
• Qocalma prosesini ləngidir; endokrin sistemin (tiroid, mədəaltı vəzi, cinsi vəzi) işini tənzimləyir.
DİQQƏT!
Unitaninin tərkibindəki melatonin molekulu yüksək lipofilliyə malikdir, bütün toxuma maneələrini aşır, hüceyrə membranlarından sərbəst keçir. Melatonin reseptorlar sistemini və siqnal molekullarını yan keçərək, nüvə (retinoid) və membran reseptorları ilə qarşılıqlı əlaqə quraraq hüceyrədaxili proseslərə təsir göstərə bilər.
Unitanin dilaltı qəbul çoxlu sayda damarların dilaltı bölgədə yerləşməsi səbəbindən aktiv maddənin qana sürətlə daxil olmasını təmin edir.
Unitaninin istehsalında UB sterilizasiya texnologiyasından istifadə edildiyinə görə qida əlavəsində maksimum faydalı maddələr saxlanılır.
İstifadəsinə göstərişlər:
• Yuxu pozuntusu
• Yuxu ritminin pozuntusu
• Desinxronoz
• Xroniki stress
• Yorğunluq və depressiv sindrom
• Arterial hipertenziya və Hiperxolesterinemiya
• İmmundefisit vəziyətlər
• Qanda melatoninin səviyyəsini aşağı salan dərmanlarla müalicə zamanı
• Şəkərli diabet
• Sərbəst radikalların təsirindən qorunmaq üçün antioksidant kimi
• Autizmdən əziyyət çəkən pasientlərin yuxu korreksiya
Əks göstərişlər: Tərkibindəki komponentlərdən hər hansi birinə həssaslıq və ya doza həddinin aşılması.
Buraxılış forması: 30 ml damcıladıcı ilə təşkil olunmuş şüşə flakon
İstifadə qaydası və dozası: İstifadədən öncə çalxalayın.
Terapevtik təsiri qəbulundan 1-2 saat sonra başlayır. Dərmanı gecə qəbul etmək lazımdır.
14 yaşa kimi həkim məsləhətiylə. 14 yaşdan yuxarı yeniyetmələrə və böyüklərdə profilaktik məqsədlə 5 damcı gündə 1 dəfə tövsiyə olunur. Tövsiyə edilən sutkalıq dozanı keçməyin.
İstehsalçı: GH Yıldız İlaç ve Kosmetik San.Tic.Ltd.Şti. İstanbul - Türkiyə.