VETİXOL

Paylaş:

Ətraflı

Tərkibi:

Hər 2 ml-in tərkibinə daxildir:                                                                                                                      

Citicoline----------------------------100 mq                                                                                                         

Ginkgo biloba------------------------50 mq

Farmakoloji xüsusiyyətləri:  Citicolin neyron membranının əsas struktur elementləri olan lesitinin və digər fosfolipidlərin  sintezinə təsir göstərən koenzimdir. Zədələnmiş hüceyrə membranını bərpa edir, fosfolipaza fermentini inhiba edərək, sərbəst radikalların yaranmasının və hüceyrələrin ölümünün qarşısını alır. Sitixolinin biokimyəvi aktivliyi özünü əsasən fosfolipid sintezinin (xüsusilə lesitin) çatışmazlığı, müxtəlif hadisələr nəticəsində baş verən beyin zədələnmələri və şüur dolaşıqlığı fonunda beynin ikincili funksional pozğunluğu zamanı göstərir. Kəskin insult zamanı zədələnmiş toxumanın sahəsini azaldır, beyin hipoksiya simptomlarını (yaddaş pozulması,emosianal labillik.) və s. aradan qaldırır. Ödem əleyhinə xüsusiyyətə malik olduğundan beynin ödemini azaldır,oksigen sərfini və qan dövranını sürətləndirir. Bu kimi hallarda citicolin selektiv keçiriciliyi tənzimləyir, ion balansını yenidən bərpa edir, mitoxondrial və hüceyrə enzim sisteminin fəaliyyətini  aktivləşdirir.                                                                                      
   Ginkgo biloba fosfodiesteraza fermentinin aktivliyini azaldır, bu isə, damarların saya əzələ qatında siklik quanozin monofosfatın (SQMF) toplanmasına, plazmada kalsium ionlarının konsentrasiyasının, hüceyrənin yığılma qabiliyyətinin azalmasına – vazodilyatasiyaya səbəb olur. Ginkgo biloba həmçinin damar endotelində relaksasiyaedici amilin sintezini gücləndirir. Damar tonusunu azaldır, həm baş beyin, həm də böyrək qan dövranını yaxşılaşdırır. Trombosit - aktivləşdirici amilin aktivliyini azaldaraq antiaqreqant təsir göstərir, qanın reoloji xüsisiyyətlərini yaxşılaşdırır, işemik zonada qan dövranını gücləndirir. İşemiya əleyhinə təsiri hipoksiya şəraitində mitoxondrilərin tənəffüs aktivliyini artırması ilə əlaqəlidir. Ginko biloba neyroprotektiv təsirə də malikdir, Ginko biloba qlukozanın utilizasiyasını sürətləndirərək, karbohidrat mübadiləsini normallaşdırır. Qanın reoloji xüsusiyyətlərini normaya salır, tromb əmələ gəlməni ləngidir. MSS-də ödemin yaranmasının qarşısını alaraq beyin və periferik toxumaların oksigen və qlikoza ilə təchiz olunmasını yaxşılaşdırır.                                                     

VETİXOL energetik prosesləri sürətləndirir, sinir hüceyrələrinin hipoksiyaya davamlılığını artırır, damarlarda spazmı aradan qaldıraraq nootrop,vazoprotektor,neyroprotektor və antihipoksant təsir göstərir.                                                                                                                                                          

Göstərişlər:                                                                                                                                                                   

- Serebral ateroskleroz. Yaddaş pozğunluğu
- Nitq pozğunluqları. Diqqət çatışmamazlıqları
- Başgicəllənmə. Qulaqlarda küy
- Kəskin və yarımkəskin insultdan sonra
- Psixomotor inkişafın ləngiməsi. Görmə və eşitmə sinirlərinin zədələnməsi zamanı
- Koqnitiv funksiyaların çatışmamazlıqları
- Qlaukoma zamanı dağılan qanqlioz hüceyrələrin bərpası
- Periferik sinir (nevrit, polinevrit, pleksit, nevralgiya və s) xəstəliklərinin müalicə və profilaktikası


İSTİFADƏ ETMƏZDƏN ƏVVƏL YAXŞI  ÇALXALANMALIDIR.
İstifadə qaydası və dozalanma: Vetixol preparatının dozalanması, müddəti və istifadə qaydası fərdi olaraq xəstəliyin növündən və ağırlıq dərəcəsindən asılı olaraq həkim tərəfindən təyin olunur.                                                                                                                                           
Profilaktik məqsədlə: 18 yaşa qədər həkim məsləhətiylə:  18 yaşdan yuxarı və böyüklərdə 2 ml gündə 1-2 dəfə Tövsiyə olunan dozada (1-2 ml) preparat az miqdarda su ilə qarışdırılaraq yeməkdən sonra qəbul edilir. Müalicə müddəti və maksimal doza klinik mənzərəyə əsasən müəyyən edilir.
Əks göstərişlər: Tərkibindəki komponentlərdən hər hansi birinə qarşı həssaslıq və ya doza həddinin aşılması.
Saxlanma qaydası: Preparat quru, qaranlıq, uşaqlar ücün əlçatmaz yerdə, 20 C dərəcə arası şəraitdə  saxlanılmalıdır.
Buraxılış forması: VETİXOL damcı 50 ml tutumlu şüşə flakon                                                   
İstehsalçı: Grikar Chemical İtaliya