VİTAGOOD Sirop Vitamin, L-karnitin kompleksi

Paylaş:

Ətraflı

Tərkibi hər 10 ml-də:

Vitamin A------------------------------1000 BV

Vitamin B1----------------------------------1mq

Vitamin B2----------------------------------1 mq

Vitamin B3--------------------------------2.5 mq

Vitamin B5------------------------------0.25 mq

Vitamin B6----------------------------------1 mq

Vitamin B12-------------------------------1 mkq

Vitamin C--------------------------------10 mq

Vitamin D3-------------------------------100 BV

Vitamin E--------------------------------0.75 mq

Sink --------------------------------------0.23 mq

L-Karnitin--------------------------------150 mq

Farmakoloji təsiri

A vitamini göz xəstəlikləri zamanı, akkomodasiya və immunitet pozuntusunda geniş istifadə olunur. Dərinin, dırnaqların və saçların sağlam qalmasını üçün lazımlıdır.

C vitamini -güclü antioksidantdır, zülal və lipid mübadiləsində iştirak edir.Orqanizmin müqavimətini yüksəldir, yaraların sağalmasını sürətləndirir.

B1vitamini maddələr mübadiləsinin bir sıra proseslərində, orqanizmdə sinir sisteminin normal fəaliyyətində iştirak edir.  B2 vitamini flavinlər qrupundan olan bu maddə ürək-damar sistemində, tənəffüs və endokrin sisteminin fəaliyyətində, görmədə. sinir sisteminin işində müsbət rol oynayır. B2 avitaminozu zamanı ağız və gözün selikli qişası zədələnir, tüklər tökülür, ağız bucağında və dodaqlarda çatlar əmələ gəlir.

B3 vitamini zülalların biosintezində, amin tutşuların və karbonihidratların qana sorulmasında iştirak edir. Peristaltikanın normallaşmasına kömək edir. B5 vitamini pantoten turşusudur, bağırsaqlarda daima müəyyən miqdarda olur amma çatşmazlığı əzələlərdə titrəmələrinə səbəb olur.

B6 vitamini porfirinlərin sintezində, yağların nəqlində və mübadiləsində, hemoqlobin yaranmasında, sağlam sinir keçiriciliyində mühüm rol oynayır. B12 vitamini orqanizmə çox zəruri olan nuklein turşuları sintezində və zülalların istifadə olunmasında iştirak edir. Orqanizmdə çatışmazlığı qanazlığına səbəb olur.

D3 vitamini fosfor,kalsium mübadiləsində iştirak edir, nazik bağırsaqdan Ca və P-nin mənimsənilməsini, böyrək kanalcıqlarından onların geri reabsorbsiyasini, qandan Ca-un sümüyə keçməsini təmin edir. Boy artımını, sümüklərin möhkəmlənməsini, dişlərin sağlamlığını dəstəkləyir.

E vitamini yağda həll olunan vitamindir, A, C vitamin ilə birgə antioksidant olaraq  hüceyrələri zərərli faktorlardan müdafiə edilməsinə kömək edir. Dəri və cinsiyət sisteminin sağlığında böyük rol oynayır.

L-karnitin antihipoksant ,regenerator, metabolik və iştahartırıcı təsirə malikdir. BT vitamini adlanaraq boy artımına səbəb olur.

Vitagood vitamin mineral defisitində, immunitet azlığında, çəki və boy artımınında yaxından iştirak edir.

İstifadəsinə göstərişlər:

  • asteniya
  • zəif qidalanma
  • immun sisteminin zəifləməsi
  • kütləvi virus və bakterial infeksiyaların yayılması zaman ,
  • intensiv çəki və boy artımı zamanı,
  • görmə patalogiyası
  • sinir mənşəli xəstəliklər
  • diqqət, yaddaş və qavrama qabiliyyətinin zəifləməsi
  • əqli yükləmə dövründə
  • qidanın mineral-vitaminlər ilə zənginləşdirilməsi məqsədi ilə köməkçi vasitə kimi istifadə oluna bilər.

İSTİFADƏ ETMƏZDƏN ƏVVƏL YAXŞI ÇALXALANMALIDIR.

İstifadə qaydası və dozalanma:

Profilaktik məqsədlə: 4 yaşa qədər həkim məsləhətiylə, 4-14 yaşlı uşaqlar 5 ml gündə 1 dəfə, 14 yaşdan yuxarı uşaqlar və böyüklər 5 ml gündə 2 dəfə yeməkdən 30 dəqiqə sonra.

Əks göstərişlər: Tərkibindəki komponentlərdən hər hansi birinə həssaslıq.

Saxlanma qaydası : Preparat quru, qaranlıq, uşaqlar ücün əlçatmaz yerdə, 20 C dərəcə arası şəraitdə  saxlanılmalıdır

Buraxılış forması: 150 ml sirop şüşə flakon karton qutuda.     

İstehsalçı: ENSA, Türkiyə.