Paylaş:
BETA QLÜKAN, VİTAMİN VƏ MİNERAL KOMPLEKSİ
Tərkibi:
Hər kapsulun tərkibi
Beta Qlükan (Beta Glucanum)-------------150 mq
C vitamini ( Acidum Ascorbinici)------------100mq
A vitamini (Retinolum)-----------------------1000 BV
B1 vitamini (Thiaminum)----------------------1.5 mq
B2 vitamini (Riboflavinum) ---------------------3 mq
B3 vitamini (Nicotinamidum)------------------30 mq
B4 vitamini (Cholinum)--------------------------2 mq
B5 vitamini (Acidum Pantothenici )----------7.5 mq
B6 vitamini (Pyridoxinum) ----------------------3 mq
B12 vitamini (Cyanocobalaminum) -----------3 mkq
D3 vitamini (Colecalciferolum)--------------200 TV
E vitamini (Tocopherolum) ------------------200 TV
Biotin (Biotinum) -----------------------------70 mkq
Fol turşusu (Acidum Folici) ---------------200 mkq
Yod (Iodum)----------------------------------100 mkq
Sink (Zincum)-----------------------------------12 mq
Kalsium (Calcium)-----------------------------50 mq
Maqnezium (Magnesium)---------------------10 mq
Mis (Cuprum) -----------------------------------1 mq
Farmakoloji xüsusiyyətləri:
Vitagood kapsulun tərkibi Beta Qlükan, vitamin və minerallardan ibarətdir. Orqanizmin vitamin-mineral ehtiyatının və infeksion-ilthabi proseslərə qarşı dözümlülüyünün artırılmasında istifadə olunur.
Beta-qlükan şiş əleyhinə, immunostimulyator, antiviral, antibakterial, antifunqal, antioksidant və radioprotektiv xüsusiyyətlərə malikdir. Beta qlükan –immun hüceyrələrinin (xüsusən T limfositlərin) formalaşmasında, makrofaqların aktivliyinin artırılmasında, sekretor immunoqlobulinlərin sintezində istifadə olur. Makrofaqların membranlarında β-qlükanın bağlanması üçün reseptorlar var. Beta qlükan hüceyrəyə bağlandıqda aktivləşir, patogenləri müəyyən edir və onları bədəndən çıxarır.
C vitamini askorbin turşusu olub immunitetin formalaşmasında, infeksiyalara qarşı mübarizədə iştirak edir. Bəzən yorğunluq, əzginlik C vitaminin çatışmazlığı ilə bağlı ola bilər. Həmçinin əzələ və sümük ağrıları, çəki itkisi, dişlərin tökülməsi də vitamin C-nin çatışmazlığından xəbər verir.
A vitamini göz xəstəlikləri zamanı, akkomodasiya və immunitet pozuntusunda geniş istifadə olunur. Dərinin, dırnaqların və saçların sağlam qalması üçün lazımlıdır. Dərini və selikli gişaları nəmləndirir.
B1vitamini maddələr mübadiləsinin bir sıra proseslərində, orqanizmdə sinir sisteminin normal fəaliyyətində iştirak edir.
B2 vitamini ürək-damar sistemində, tənəffüs və endokrin sisteminin fəaliyyətində, iti görmədə, sinir sisteminin fəaliyyətində müsbət rol oynayır. B2 avitaminozu zamanı ağız və gözün selikli qişası zədələnir, tüklər tökülür, ağız bucağında və dodaqlarda çatlar əmələ gəlir.
B3 vitamini zülalların biosintezində, amin tutşuların və karbohidratların qana sorulmasında iştirak edir. Peristaltikanın normallaşmasına kömək edir.
B4 vitamini karbohidrat və yağların parçalanmasında, enerji mubadiləsində iştirak edir. Yağda həll olunan A, D, E, K vitaminlərinin mənimsənilməsində iştirak edir. Xolin vacib neyromediator olan asetilxolinin metabolik sələfidir, sfinqomielinin sintezi üçün zəruridir.
B5 vitamini pantoten turşusudur, bağırsaqlarda daima müəyyən miqdarda olur amma çatşmazlığı əzələlərdə titrəmələrə səbəb olur.
B6 vitamini porfirinlərin sintezində, yağların nəqlində və mübadiləsində, hemoqlobin yaranmasında, sağlam sinir keçiriciliyində mühüm rol oynayır.
B9 vitamini qanyaranmada və mielinizasiya prosesində yaxından iştirak edir. Çatışmazlığı anemiyaya və sinir ötürücülüyünün pozulmasına səbəb olur.
B12 vitamini orqanizmə çox zəruri olan nuklein turşuların sintezində və zülalların istifadə olunmasında iştirak edir. Orqanizmdə B12 vitamininin çatışmazlığı qanazlığına səbəb olur.
Biotinin əsas bioloji rolu onun qlükoza metabolizmində iştirak edən fermentlərin bir hissəsi olması ilə əlaqələndirilir: piruvat dehidrogenaz və transketolaz. Biotin yağ turşularının əmələ gəlməsini, amin turşuları və karbohidratların mübadiləsini, tər vəzilərinin, sinir toxumasının, sümük iliyinin, kişi toxum vəzilərinin, dəri və saç hüceyrələrinin normal fəaliyyətini dəstəkləyir.
D vitamini sümüklərin, əzələlərin və sinirlərin sağlam inkişafı üçün əsas vitamin sayılır. Boy artımını, sümüklərin möhkəmlənməsini, dişlərin sağlamlığını dəstəkləyir.
E vitamini yağda həll olunan vitamindir, A, C vitamin ilə birgə antioksidant olaraq hüceyrələri zərərli faktorlardan müdafiə edilməsinə kömək edir. Dəri və cinsiyyət sisteminin sağlığında böyük rol oynayır.
Yodun bioloji əhəmiyyəti tiroid hormonlarının ayrılmaz bir hissəsi olmasıdır. Yod çatışmazlığı zamanı tez-tez süstlük, halsızlıq, yorğunluq, baş ağrısı, pis əhval-ruhiyyə, iştahanın azalması kimi şikayətlər olur. Öyrənmə qabiliyyəti, akademik performans azalır və idrak oyunlarına maraq itir. Sink bağırsaq hüceyrələrinin formalaşmasında, boy artımında və immun sistemi üçün vacib olan mikroelementdir.
Kalsium və Maqnezium dayaq-hərəkət sistemi, sinir sisteminin sağlamlığı üçün önəmlidilər. Kalsium sümüklərin, dişlərin tərkib hissəsidir. Maqnezium sinir sisteminin işinə kömək edir.
Mis - ürəkdə, beyində, böyrəklərdə, əzələ və sümük toxumalarında toplanır, sümük iliyinin qan əmələgətirmə funksiyasına, xolesterinin miqdarına nəzarət edir. Misin kiçik dozaları karbohidratlar, mineral maddələrin mübadiləsinə kömək edir. Əlavə olaraq o, sümükləri möhkəmləndirilməsində, qanın qırmızı və ağ hüceyrələrinin əmələ gəlməsində iştirak edir.
İstifadəsinə göstərişlər:
Əks göstərişlər: tərkibindəki komponentlərdən hər hansı birinə həssaslıq və ya doza həddinin aşılması.
Buraxılış forması: 30 (3*10) kapsul.
İstifadə qaydası və dozası:
Profilaktik məqsədlə: 14 yaşdan yuxarı uşaqlar və böyüklər 1 kapsul gündə 1 dəfə tövsiyə olunur.
Tövsiyə edilən sutkalıq dozanı keçməyin.
İstehsalçı: FITO LAB.